Azərbaycan Kikboksinq Federasiyası

Sumqayıtda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi kikboksinq tədbiri

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə 9 iyul 2026 tarixində Sumqayıt şəhərindəki Nəsimi adına Mədəniyyət və İstirahət Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə kütləvi idman tədbiri keçirilib.

Layihənin əsas məqsədi uşaq, yeniyetmə və gənclər arasında kikboksinqə marağın artırılması, sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin daha da genişləndirilməsi olub.

Tədbirdə yeniyetmələr arasında Avropa çempionu, kişilər arasında WAKO Dünya çempionu Əli Hüseynov, eləcə də ZƏRBƏ Kikboksinq Klubunun 40-a yaxın oğlan və qız idmançısı iştirak edərək nümunəvi çıxışlar nümayiş etdiriblər. ZƏRBƏ idman klubunun baş məşqçisi Elnur Piriyevdir.

Azərbaycan Kikboksinq Federasiyası ölkəmizdə kikboksinqin inkişafı, gənc nəslin sağlam ruhda yetişməsi və idmanın geniş kütlələr arasında təbliği istiqamətində həyata keçirilən bu cür layihələri daim dəstəkləyir. Federasiya Sumqayıtdakı tədbiri kikboksinqin inkişafına növbəti töhfə kimi dəyərləndirir.

Mənbə: WAKO Azerbaijan (Facebook)

← Xəbərlərə qayıt