Valideynlərə
İdmançının valideynlərinə: idmançı federasiyada necə qeydiyyata düşür
İdmançı federasiyaya üzv olan klubda məşq edirsə, onu federasiyada məşqçisi qeydiyyata salır. Sizin ayrıca hesab açmağınıza, şifrə yadda saxlamağınıza ehtiyac yoxdur.
Necə olur
- Məşqçidən link istəyin. Məşqçi WhatsApp-da sizə link göndərir və ya klubun QR kodunu verir.
- Linki açın və suallara cavab verin: idmançının adı, soyadı, ata adı, doğum tarixi və digər məlumatlar, sonda isə valideynin adı və soyadı. Bütün bu məlumatlar və valideynin telefon nömrəsi idmançının vəsiqəsində qeyd olunacaq. Şəxsiyyət vəsiqəsinin (və ya doğum haqqında şəhadətnamənin) şəkillərini əlavə edin.
- Məşqçi yoxlayır. Hər şey düzgündürsə təsdiqləyir; səhv varsa düzəliş üçün sizə geri qaytarır.
Sənədin şəkli
- İşıqlı yerdə, sənədi düz masaya qoyub, yuxarıdan çəkin.
- Sənədin dörd küncü görünsün, yazılar oxunsun, parıltı olmasın.
- WhatsApp-da göndərəndə şəkli yüksək keyfiyyətdə (HD) seçin.
İdmançının məlumatları
Saytda yalnız idmançının adı, klubu və məşqçisi göstərilir. Doğum tarixi, FİN, ünvan və sənəd şəkilləri heç vaxt açıq göstərilmir. Ətraflı: Məxfilik siyasəti.
Yoxlamaq istəyirsinizsə
Federasiyanın ID kartındakı QR kodu telefonla oxudun: kartın qüvvədə olub-olmadığı görünəcək. Məşqçinin lisenziyasını Lisenziya yoxla səhifəsində yoxlaya bilərsiniz.
Sualınız varsa
Əvvəlcə idmançının məşqçisinə müraciət edin. Həll olunmasa, federasiya ilə əlaqə: +994 (51) 213 65 42, office@kikboksinq.info.