Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə 17 avqust 2026-cı il tarixində Ramana Olimpiya İdman Kompleksində kikboksinq üzrə yoldaşlıq döyüşləri keçirilib.
Yarışda R.M., Melisa, Abşeron, Şəhid İnqilab, Qızıl Əlcək, Avşar, Qartal, Samuray, Həzrət, X.T.Q., Elit, Tərtər, Qələbə və Mübarizlər idman klublarından ümumilikdə 134 idmançı iştirak edib.
Bu cür yoldaşlıq döyüşlərinin əsas məqsədi idmançıların yarış təcrübəsini artırmaq, onların fiziki və psixoloji hazırlığını möhkəmləndirmək, eləcə də klublar arasında sağlam rəqabəti və təcrübə mübadiləsini inkişaf etdirməkdir.
Tədbirin təşkilatçısı Xocavənd İdman Klubu (Araz Ağayev) olub. Yarışı baş hakimlər Elşən İsayev və Elşad Ələskərov idarə ediblər. Döyüşlərdən görüntülər federasiyanın rəsmi Facebook səhifəsində video şəklində paylaşılıb.
Federasiyanın dəstəyi ilə ölkənin müxtəlif bölgələrində və idman klublarında belə tədbirlərin keçirilməsi kikboksinqin inkişafına, gənc idmançıların yetişdirilməsinə və onların gələcək yarışlara daha yüksək səviyyədə hazırlanmasına töhfə verir.
Mənbə: WAKO Azerbaijan (Facebook)