Azərbaycan Kikboksinq Federasiyası

Göygöldə hakim və məşqçilər üçün WAKO elektron sistemi üzrə seminar keçirildi

Azərbaycan Kikboksinq Federasiyası Göygöl rayonunda hakimlər və məşqçilər üçün WAKO elektron sisteminə həsr olunmuş seminar keçirib. Seminar 8 may 2026 tarixində Göygöl Rayon Gənclər və İdman Sektorunun akt zalında təşkil olunub.

Seminarda elektron xalvermə sistemi, hakimlərin idarə olunması, həmçinin döyüş zamanı məşqçilərin məlumatlandırılması ilə bağlı mövzular ətrafında geniş müzakirələr aparılıb. Seminarı WAKO-nun beynəlxalq dərəcəli hakimləri Aydın Ağabəyov və Anar Məmmədov aparıblar.

Tədbirdə Gəncə, Göygöl, Ağstafa, Tərtər, Şəmkir, Samux, Goranboy, Kürdəmir, Ağsu, Qəbələ, Mingəçevir, İsmayıllı və Kəlbəcər şəhər və rayonlarını təmsil edən hakimlər və məşqçilər iştirak ediblər.

Federasiya rəhbərliyinin göstərişinə əsasən, belə seminarların ölkənin digər şəhər və rayonlarında da davamlı şəkildə təşkili nəzərdə tutulur. Bu tədbirlər hakim və məşqçilərin maariflənməsi, bilik və bacarıqlarının inkişafı, həmçinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi daşıyır.

Mənbə: WAKO Azerbaijan (Facebook)

← Xəbərlərə qayıt