Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinin dəstəyi ilə bölgələrdə kikboksinqin inkişafı və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu istiqamətdə Şəmkir rayonunun Şiştəpə kəndində şəhid Qalib Allahverdiyevin adına fəaliyyət göstərən Kikboksinq Klubu da yeni idmançıların cəlb olunması üçün məşqlərə başlayıb. Klubda gənclərin idmana marağının artırılması, onların sağlam həyat tərzinə yönləndirilməsi və fiziki hazırlığının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Klubun baş məşqçisi Rəşad Rüstəmov, köməkçi məşqçisi Elyar Allahverdiyevdir. Onların rəhbərliyi altında klubun mövcud idmançıları ilə yanaşı, yeni qoşulan gənclərin də məşqləri davam etdirilir.
Federasiya qeyd edir ki, bu klubun fəaliyyəti ilə şəhidimizin adı yaşadılır, gənclər isə idmana və sağlam həyata yönləndirilir. Klubun idmançılarından görüntülər federasiyanın rəsmi Facebook səhifəsində video şəklində paylaşılıb. Bu addım federasiyanın bölgələrdə kikboksinqi inkişaf etdirmək və gəncləri idmana cəlb etmək istiqamətində apardığı işin davamıdır.
Mənbə: WAKO Azerbaijan (Facebook)