Azərbaycan Kikboksinq Federasiyası

Yeniyetmə və gənclərimiz Jesoloda dünya çempionatında 16 medal qazanıb

18–27 sentyabr 2026-cı il tarixlərində İtaliyanın Jesolo şəhərində WAKO Yeniyetmə və Gənclərin Dünya Kikboksinq Çempionatı keçirilib. Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət milli komandası çempionatda 16 medal qazanıb: 10 qızıl, 4 gümüş və 2 bürünc.

Qızıl medalların üçü gənclər, yeddisi isə yeniyetmələr arasında qazanılıb. Çempionluqlar K-1, Low Kick və Full Contact bölmələrində əldə olunub.

Komandanın baş məşqçisi Hakim Hacıyev olub. Yarış müddətində yığmaya federasiyanın vitse-prezidenti Eduard Məmmədov başçılıq edib.

Çempionatda Azərbaycan hakimləri də uğurla çıxış ediblər. Anar Məmmədov ən yaxşı rinq hakimi seçilib və beynəlxalq A kateqoriyasını yeniləyib. Aydın Ağabəyov da A kateqoriyasını yeniləyib, Fatimə Şükürlü isə B kateqoriyası alıb.

Vətənə qayıdan milli komanda Heydər Əliyev Beynəlxalq Aeroportunda ailələri, məşqçiləri, federasiya nümayəndələri və idman ictimaiyyəti tərəfindən qarşılanıb.

Video →

Mənbə: İdman.Biz

← Xəbərlərə qayıt