13 sentyabr 2026-cı il tarixində Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Bakı Həvəskar və Peşəkar İdman Klubunun təşkilatçılığı ilə yoldaşlıq turniri keçirilib. Turnirin təşkilatçısı Elşən İsayev olub.
Yarışda 21 klubdan 150-yə yaxın idmançı iştirak edib. İştirakçılar müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparıblar.
Yarışın gedişinə 10 hakim və 2 baş hakim nəzarət edib. Turnirin baş hakimi Aydın Ağabəyov, tataminin baş hakimi isə Eyvaz Əliyev olub.
Medal sayına görə komanda sıralamasında birinci yeri Qartal İdman Klubu, ikinci yeri Aslan İdman Klubu, üçüncü yeri isə Samuray İdman Klubu tutub.
Federasiya turnirdə iştirak edən bütün məşqçiləri, hakimləri və idmançıları təbrik edir. Yarışdan fotoşəkillər Azərbaycan Kikboksinq Federasiyasının rəsmi Facebook səhifəsində paylaşılıb.
Mənbə: WAKO Azerbaijan (Facebook)