Azərbaycan Kikboksinq Federasiyası

Heydər Əliyevin 103 illik xatirəsinə həsr olunmuş kikboksinq yarışı keçirilib

4–5 aprel 2026-cı il tarixlərində Bakıda, Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Xüsusi təyinatlı idman klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 illik xatirəsinə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında yarış keçirilib.

Yarışın açılış mərasimi 4 aprel tarixində baş tutub. Yarışı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev açaraq iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində WAKO prezidenti Roy Baker də iştirak edib və Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə və federasiyanın prezidenti Orxan Əliyevə xatirə hədiyyələri təqdim edib. Roy Baker çıxışında Azərbaycanda kikboksinqin sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, ölkəmiz artıq bu idman növü üzrə regionda nümunə göstərilən ölkələrdən birinə çevrilib. O, idmançıların beynəlxalq arenadakı uğurlarını yüksək qiymətləndirib, federasiyanın fəaliyyətini təqdir edib və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Yarışda Bakıdan 34, regionlardan isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 10 komanda – ümumilikdə 44 komanda iştirak edib. İdmançıların sayı 400-ə yaxın olub.

Mənbə: WAKO Azerbaijan (Facebook)

← Xəbərlərə qayıt