Azərbaycan Kikboksinq Federasiyası

Bakı Şəhər Kuboku 2026 yekunlaşıb: komanda kuboku ASLAN İdman Klubunundur

Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Bakı İdman Klubunun təşkilatçılığı ilə keçirilən Bakı Şəhər Kuboku 2026 yekunlaşıb. Federasiyanın təsdiq olunmuş yarış təqviminə uyğun olaraq təşkil edilən yarışda Bakı şəhərində fəaliyyət göstərən 36 idman klubundan ümumilikdə 220 idmançı iştirak edib.

İdmançıların çəkisi 23 iyul 2026-cı il tarixində federasiyanın yarış qaydalarına uyğun olaraq aparılıb. Həlledici döyüşlər 25 iyul 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Kompleksində keçirilib.

Medal sayına görə komanda hesabında birinci yeri ASLAN İdman Klubu (baş məşqçi İlkin Budaqov) tutub. İkinci yer Şəhid İman və Bəhram Qardaşları İdman Klubuna (baş məşqçi Samir Əliyev), üçüncü yer isə FHN İdman Sağlamlıq Klubuna (baş məşqçi Elşən İsayev) nəsib olub.

Xüsusi nominasiyalar üzrə ən yaxşı kişi idmançı Şəhid Tərlan Eyniyev İdman Klubunu təmsil edən Hüseyn Əbilov (məşqçisi Samir Məmmədov Eyniyev), ən yaxşı qız idmançı isə Sensey İdman Klubundan Gülüm Qəmbərova (məşqçisi Anar Məmmədov) seçilib. Ən yaxşı məşqçi nominasiyasına Mellisa İdman Klubundan Rəhim Xəlilov layiq görülüb. Ən yaxşı qadın hakim Fatimə Şükürlü, ən yaxşı kişi hakim isə Emil Hümbətov olub.

Azərbaycan Kikboksinq Federasiyası bütün qalibləri və iştirakçıları təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayır.

Video →

Mənbə: WAKO Azerbaijan (Facebook)

← Xəbərlərə qayıt