24–26 aprel 2026 tarixlərində Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Bakı şəhər çempionatı və birinciliyi keçirildi. Yarışda 600-ə yaxın idmançı iştirak etdi. Federasiya qeyd edir ki, bu say kikboksinq idman növünə marağın və kütləviliyin sürətlə artdığını bir daha göstərir.
Ümumi medal sayı üzrə komanda hesabında birinci yeri «Orion» klubu (baş məşqçi Müşfiq Hüseynli) tutdu. İkinci yer «FHN-İSK» (baş məşqçi Elşən İsayev), üçüncü yer isə «DİN-İC» (baş məşqçi Hakim Hacıyev) komandasına nəsib oldu.
Yarışın yekununda fərdi nominasiyalar üzrə qaliblər də müəyyənləşdi:
- Ən yaxşı tatami məşqçisi – Araz Ağayev («Orion»);
- Ən yaxşı rinq məşqçisi – Muxtar Allahyarov (XTQ);
- Ən yaxşı rinq idmançısı – Ramal Zeynallı;
- Ən yaxşı tatami idmançısı – Aylin Hüseynli;
- Ən yaxşı kişi hakimi – Xəyyam Abışov;
- Ən yaxşı qadın hakimi – Könül İsmayılova;
- Tatamidə ən aktiv klub – «Sensey» İdman Klubu (baş məşqçi Anar Məmmədov).
Federasiyanın məlumatına görə, yarış yüksək səviyyədə təşkil olunub, idmançılar, hakimlər və məşqçilər peşəkarlıq nümayiş etdiriblər. Yarışdan xatirə fotoları multimedia bölməsində təqdim olunur.
Mənbə: WAKO Azerbaijan (Facebook)