1 mart 2026-cı il tarixində Alfa İdman Klubunun idmançıları ilə federasiya rəsmilərinin görüşü baş tutub.
Alfa İdman Klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi İlkin Məsimzadə, Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov, klubun direktoru Əli Bağırzadə və məşqçi Mərdan Məlikov iştirak ediblər.
Görüş çərçivəsində idmançılar üçün kikboksinq qaydalarına dair seminar təşkil olunub, iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
Bu cür maarifləndirici tədbirlər idmançıların qaydalar üzrə biliklərinin artırılmasına və peşəkar inkişafına töhfə verir.
Mənbə: WAKO Azerbaijan (Facebook)