Dünya yarışlarında çıxış edənlərin qəbulu: Jesolo və Budapeşt
2 oktyabr 2026: Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev 18–27 sentyabrda Jesoloda (İtaliya) keçirilən WAKO Yeniyetmə və Gənclər arasında Dünya Çempionatında ölkəmizi təmsil edən idmançıları, məşqçiləri və hakimləri, həmçinin Budapeştdə keçirilən WAKO Dünya Kubokunun iştirakçıları və qaliblərini qəbul edib. Albomda həmçinin milli komandanın Jesolodakı arenada çəkilmiş şəkli və Budapeşt mükafatçılarının DİN İdman Cəmiyyətinin sədri tərəfindən qəbulundan şəkil var.